Coğrafiya İnstitutunun Elmi Şurasının iclası olub 2023-09-07 17:24:00 / ELMİ İCLASLAR

Baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi Şurasının iclası keçirilib.

İclas iştirakçıları dünyasını dəyişmiş şöbə müdiri, c.ü.f.d. Rəfail Abdullayevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Baş direktor mərhum alimin elmi fəaliyyəti haqqında qısaca məlumat verib, Allahdan ona rəhmət diləyib.

Sonra İnstitut rəhbəri coğrafiyaçı alimlər – şöbə müdiri, c.ü.f.d., dosent İsmayıl Quliyevi və elmi işçi Zülfəli  Rəsulovu 70 illik yubileyi münasibəti ilə İnstitut kollektivi adından təbrik edib.

Daha sonra əməkdaşların işə davamiyyəti, Şuşa ilə bağlı, eləcə də “Azərbaycanda coğrafiya elminin tarixi nailiyyətləri və müasir problemləri” adlı kitabların hazırlıq vəziyyəti, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 22-23 noyabr tarixində baş tutacaq konfransa hazırlıq, “Qafqaz Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili” elmi-tədqiqat işinin vəziyyəti və digər məsələlər müzakirə olunub.