22 iyun 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun magistratura təhsili üzrə 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının son imtahanları keçirilib.
Landşaftşünaslıq ixtisası üzrə təhsil alan magistrantlar Azərbaycanın landşaftları və onların ekoloji problemləri fənnindən, geomorfologiya ixtisası üzrə təhsil alan magistrantlar isə Müasir geomorfoloji tədqiqatlar və xəritələşdirmə fənnindən imtahan veriblər. İmtahanda fənn müəllimləri – Təhsil şöbəsinin müdiri, c.ü.f.d., dos. M. Yunusov və c.ü.f.d. S.N.Abuşova iştirak ediblər.
Yay imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb.