AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Qazaxıstan televiziyasında canlı yayımlanan televiziya verilişində iştirak edib.
Xəzərin şimal sahillərində suyun səviyyəsinin kritik dərəcədə azalması probleminin müzakirə olunduğu verilişdə okeanoloq alim Xəzər dənizinin xüsusiyyətləri, səviyyənin tərəddüd problemlərinin baş vermə səbəbləri, tarixi vəziyyəti və s. haqqında ətraflı məlumat verib.
Verilişi buradan izləyə bilərsiniz.