Elmi şuranın iclası 2013-12-05 16:38:00 / ELMİ İCLASLAR

Dekabrın 4-də  Elmi şuranın növbəti iclasında  Coğrafiya İnstitutunda 2014-cü ildə aparılan elmi-tədqiqat işləri planlarının təsdiqi məsələsi qoyuldu.

İnstitutun elmi işlər üzrə direktor  müavini E.Əlizadə bu  barədə məlumat verərək gələn ildən nəzərdə tutulan bütün elmi-tədqiqat işləri üçün mərhələlər tərtib olunduğunu bildirdi, başa çatmış elmi-tədqiqat işləri və mövzularına aid təklifləri Elmi şura üzvlərinin diqqətinə çatdırdı. Qərara alındı ki, ilk dəfə olaraq Respublikada elmin yeni sahəsi üzrə antropogen morfologiya üzrə tədqiqatlara başlanılsın. Bu məqsədlə Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsində “Bakı şəhərinin antropogen morfologiyası” elmi-tədqiqat işinin başlanmasına qərar verildi .

Geomorfologiya şöbəsində başa çatmış elmi-tədqiqat mövzusunun yerinə yeni mövzu təsdiq olundu. Kartoqrafiya və geoinformatika şöbəsində yeni tərtib olunmuş landşaft xəritələri kartometrik üsullarla müqayisəli təhlilinə aid elmi-tədqiqat işi də tərtib və təsdiq edildi. Həmçinin, Xəzər dəniz problemləri şöbəsində də yeni müasir mövzular təsdiq olundu.

Sonra digər elmi-təşkilati işlərlə bağlı məsələlərə baxıldi:  c.e.d. E.Əlizadənin professor adı almaq üçün sənədlərinin qəbulu, dissertant Z.M.Məmmədovanın yeni elmi rəhbərinin təsdiq edilməsi, bir sıra elmi işçılərə elmi dərəcələrin verilməsi, doktoranturaya qəbul və s.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019