AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda AMEA prezidentinin 12 may 2023-cü il tarixli, 91 saylı sərəncamına əsasən 2022/2023-cü tədris ili üzrə təhsil alan I kurs magistrantların yay imtahan sessiyası başlayıb.
Sessiyanın ilk günündə Geomorfologiya ixtisası üzrə Relyef əmələgətirici əsas amillər fənnindən və Landşaftşünaslıq ixtisası üzrə Meliorativ landşaft tədqiqatları fənnindən imtahan keçirilib. İmtahanlarda fənn müəllimləri - coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər, Təhsil şöbəsinin müdiri Müseyib Yunusov, Zərnurə Həmidova və Səidə Zeynalova iştirak ediblər.