Coğrafiya İnstitutunda CİS üzrə 3 günlük təlim təşkil edilib 2023-05-19 16:09:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və  İtaliyanın Milli Tədqiqat Şurasının  (MTŞ) “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin  məsafədən zondlama məlumatları və CİS  əsasında tədqiqi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edilib.

Coğrafiya İnstitutunda ödənişsiz olaraq SNAP proqram təminatından istifadə etməklə “Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk  müşahidə mənbələri" mövzusunda təşkil edilən dərsləri İtaliyalı professor Gian Luigi Liberti tərəfindən aparılıb.

Təlimlərin son günü iştirakçılara sertifikat təqdim edilib.