Coğrafiyaçı alim Xəzər dənizinin iqlim resursları mövzusunda məruzə edib 2023-05-05 16:47:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.e.d., prof. Əmir Əliyev ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı konfransda iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi tərəfindən təşkil edilmiş tədbirdə  alim “Xəzər dənizinin şimal-qərb sahil ərazilərinin iqlim resursları (Azərbaycan Respublikası akvatoriyasında)” məruzəsi ilə çıxış edib.

Məruzədə AR Xəzər sahili zonasının təbii iqlim şəraiti kurort-sağlamlıq baxımından  çoxillik müşahidə məlumatları əsasında analiz edilir. Xəzər dənizinin səviyyə dəyişmələri ilə əlaqədar sahil zonasında baş verə biləcək proseslər araşdırılır.