Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Bəyimxanım Hüseynova 2 mart 2023-ci il tarixində Qazaxıstan Respublikasının “Zhana-Gasyr” 175 saylı məktəb-gimnaziyasının şagirdlərinə “Urbanisation as a global phenomenon” (Urbanizasiya qlobal fenomen kimi) mövzusunda onlayn şəkildə açıq dərs tədris edib.
B.Hüseynova açıq dərsdə şagirdlərə urbanizasiya anlayışını, dünyada urbanizasiyalaşma prosesini, urbanizasiyanın üstün və mənfi tərəfləri haqqında ümumi məlumat verib, Azərbaycanda və Qazaxıstanda urbanizasiyanın müasir problemləri haqqında danışıb.
Dərsin sonunda məktəblilərlə interaktiv oyun keçirən elmi işçi şagirdlərin mövzu ilə bağlı bütün suallarını cavblandırıb.