AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda təhsil alan I kurs magistrantların II semestr dərsləri davam edir. Üç magistrant landşaftşünaslıq, 3-ü isə geomorfologiya ixtisası üzrə təhsil alır. Dərslər İnstitutun qabaqcıl elmlər və fəlsəfə doktorları tərəfindən aparılır.
Magistrantlar ümumi fənlər blokundan 3 fəndən, ixtisas fənləri blokundan isə 4 fəndən dərslərdə iştirak edəcəklər.
Magistrantların dissertasiya mövzuları İnstitutun Elmi Şurasında təsdiq edilmiş və onlar ilkin materialların toplanması və araşdırılmasına başlayıblar.