AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Türkiyədə baş vermiş dəhşətli dağıdıcı zəlzələ nəticəsində on minlərlə insanın həyatını itirməsinə sonsuz kədərləndiyini bildirir, həlak olanlara rəhmət, yaralılara Allahdan şəfa diləyir.
İnstitutda könüllülük əsasında toplanmış 1020 manat, Həmkarlar Təşkilatı tərəfindən 500 manat maddi yardım Türkiyənin “Ziraat” bankı vasitəsilə Türkiyənin AFAD təşkilatına göndərilib.