AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında Camal Surxay oğlu Hüseynov 5411.01 – "Meteorologiya" ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində yağıntı rejiminə təsirinin tədqiqi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Camal Hüseynovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.