Elmi seminar 2013-10-24 16:11:00 / ELMİ İCLASLAR

İnstitutun 23 oktyabr  tarixində keçirilən  elmi seminarında AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi, fiz.-riy. elmləri doktoru Rauf Qardaşovun “Günəş batareyalarının yerinin və yönünün relyefin kölgə effekti nəzərə alınaraq optimal seçilməsi” mövzusunda məruzəsi dinlənildi.

 Məruzədə Günəş enerjisindən daha səmərəli istifadə edilməsi istiqamətində aparilan tədqiqatlar öz əksini tapmışdır. Bu tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə əsas verir.

1. Günəş radiasiyasının Azərbaycan ərazisində paylanmasının müxtəlif meteoroloji şəraitlərdə, relyef xüsusiyyətləri də nəzərə alınmaqla GIS mühitində coğrafi koordinatlara istinad edən informasiya bazasının və rəqəmli xəritələrinin yaradılması;

2. Günəş batareyalarına düşən radiasiyaya relyefin (dağın, təpənin və s. kölgə yaradan obyektlərin) təsirini nəzərə alan və batareyaların optimal oriyentasiyasını seçən riyazi metodun işlənməsi və bunun əsasında program paketinin hazırlanması;

3.  Bu metodun dağ vadilərində seçilmiş məntəqələrdə Günəş radiasiyasının ölçmələri aparılaraq yoxlanması;

4.  Belə məntəqələr üçün Günəş elektrik stansiyasının optimal yerinin seçilməsi metodikasının işlənməsi.

Məruzə maraqla dinlənildi, müzakirə edildi və bəyənildi.