AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun biblioqrafiyası çap edilib.
Biblioqrafik göstəricidə coğrafiyaçı-hidroloq alimin elmi-ictimai fəaliyyəti və elmi əsərlərinin siyahısı əks olunur.
Biblioqrafik vəsait coğrafiya, hidrometeorologiya sahəsində çalışan alim və mütəxəssislər, pedaqoqlar, magistrlər, ali məktəb tələbələri, o cümlədən, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.