Coğrafiyaçı alim Gürcüstan dialoqunda çıxış edib 2022-12-07 14:31:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev  noyabrin 28-dən dekabrin 2-dək Gürcüstanın Borjomi şəhərində keçirilən “Bərpa olunan enerji ehtiyatlari və onlarin istifadə perspektivləri” mövzusunda keçirilən 2-ci dialoqda iştirak edib.

Alim Azərbaycan üzrə bərpa olunan ehtiyatlar və onlardan istifadə perspektivlərinə dair məruzə ilə çıxış edib.