AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda AMEA prezidentinin 24 oktyabr 2022-ci il tarixli 551 saylı sərəncamına uyğun olaraq fəlsəfə doktoru hazırlığı üzrə fərq doktorluq imtahanı keçirilib.
Təcrübəli mütəxəssislərdən ibarət komissiya imtahanda iştirak edən 4 doktorantın biliyini müsbət qiymətləndirib. İştirakçıların hər birinə şəhadətnamə təqdim olunub.