AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova qədim Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Doktorantların və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı”nda iştirak edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənc alim məruzə ilə çıxış edib. O, Azərbaycanda yaşayan avarların ölkə ərazisinə miqrasiyası, onların sayının və digər demoqrafik göstəricilərin dəyişilməsi və səbəb-nəticələri haqqında geniş məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.