Akademik İsa Həbibbəyli: "AMEA-da bütün istiqamətlər üzrə yeniləşmə prosesi başlayıb" 2022-11-16 15:03:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasında bütün istiqamətlər üzrə yeniləşmə prosesi başlayıb.

Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

"Cənab Prezidentin Akademiyanın nüfuzunu qaytarmaq haqqında qarşımıza qoyduğu vəzifələri həyata keçirmək üçün həm elmi tədqiqat işləri sahəsində, həm struktur, həm də kadr islahatları istiqamətində paralel olaraq işlərimizi davam etdiririk. Gəncliyin idarəetməyə cəlb olunması prioritet istiqamətlərimizdən biri olacaq" - o, deyib.

Akademik Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən müəssisə və təşkilatların təhvil-təslim prosesinin isə davam etdiyini qeyd edib.

science.gov.az