AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov İTV kanalına regionlarda işsizlik problemi ilə əlaqədar müsahibə verib.
Urbanizasiya məsələlərinə toxunan E.Bədəlov bildirib ki, Abşeron yarımadasında 5 milyon əhali yaşayır, Bakıda urbanizasiya səviyyəsi 100 faizdir. Sənaye parklarının yaradılması ilə əlaqədar geniş iş yerlərinin açılması, o cümlədən xırda müəssisələrin, ticarət və digər sahələrin inkişafı, əksər təhsil müəssisələrinin paytaxtda yerləşməsi insanların regionlardan Bakıya axınını gücləndirir.
Müsahibə ilə bu link vasitəsilə daha yaxından tanış olmaq olar.