Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov Vyetnam Sosialist Respublikasında keçirilən “Dinamik Asiyanın coğrafiyası” adlı V Beynəlxalq konfransda iştirakı və Vyetnam haqqında təəssüratları barədə "Bakinski raboçiy" qəzetinə müsahibə verib.
Konfrans bitdikdən sonra 2 gününü Vyetnamın Hanoy şəhərində keçirən əməkdaşımız vyetnamlıların həyat şəraiti, adət-ənənələri, xalqa xas olan xüsusiyyətlər, şəhərin quruluşu, memarlıq və mədəniyyət abidələri, dini məbədlər, Hanoyun iqlimi, yolları, hərəkət vasitələri, mətbəxi və s. maraqlanıb. E.Cəbrayılovun bildirdiyinə görə, mehriban və zəhmətkeş insanları, ekzotik və gözəl təbiəti, heyranedici dərəcədə gözəl olan qədim tarixə malik memarlıq abidələri ilə fərqlənən Vyetnam turistləri böyük qüvvə ilə özünə cəzb edir.
Bu linklə yazı ilə yaxından tanış ola bilərsininz.