Dissertasiya Şurasının seminarı 2013-10-18 16:04:00 / ELMİ İCLASLAR

2013-cü il, oktyabrın 17-də İnstitutda fəaliyyət göstərən Dissertasiya Şurasının seminarında Bakı Dövlət Universutetinin doktorantı Seymur Qadir oğlu Həsənovun 5401.01 – “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Türkiyə Respublikasında turizm sənayesinin ərazi təşkili təcrübəsi və ondan Azərbaycanda istifadənin əsas istiqamətləri” mövzusunda dissertasiyasının müzakirəsi keçirilmiş və növbəti mərhələyə keçirilməsi barəsində qərar qəbul edilmişdir.