AMEA Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin “Каспий” qəzetində “Как защитить Каспийское море” (Xəzər dənizini necə qorumalı) başlığı altında müsahibəsi dərc olunub.
Yazıda Xəzərin səviyyə dəyişkənliyi ilə əlaqədar sahilyanı ərazilərin ekoloji vəziyyətinə təsir edən proseslər, dənizi çirkləndirən əsas mənbələr, çirklənmənin biomüxtəlifliyə təsiri və s. kimi məsələlər öz əksini tapıb.