Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin kiçik elmi işçisi Gülxar Rzayeva və Torpaq ehtiyatları coğrafiyası şöbəsinin elmi işçisi Çiçək Nəsirova Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş XXX Beynəlxalq elmi simpoziumun iştirakçıları olublar.
“Gələcəyin mədəni körpülərinin qurulması” mövzusuna həsr olunmuş onlayn formatda keçirilən tədbirdə Gülxar Rzayeva “Dağlıq ərazilərdə yamacların səmtinin meşəbitmə şəraitinə və müxtəlif yaşlı fıstıq və palıd meşələrinin məhsuldarlığına və davamlığına təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.