Xəbər verdiyimiz kimi, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları - a.e.i., coğrafiya e.n., dosent Sitarə Tarixazər və e.i., coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Coğrafiya institutunun direktoru, akademik L. Rudenkonun dəvətilə bu ilin 3-5 oktyabrında orada gənc alimlər üçün təşkil olunmuş “Regionların inkişafında müasir problemlərin həlli istiqamətində coğrafiyanın potensial imkanları” adlı Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.
Gənc alimlərimiz İnstitutumuzu “Dağlıq geokomplekslərdə sel hadisələrinin geodinamiki aktivliyinin qiymətləndirilməsi (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında)” adlı məqalə ilə (həmmüəllif S.O.Ələkbərova) təmsil etmişlər. Məqalə böyük marağa səbəb olmuş və onların çıxışı digərlərinin arasında ən uğurlusu hesab edilmişdir.