AMEA prezidentinin 11 avqust 2022-ci il tarixli, 435 saylı sərəncamına əsasən akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları keçirilib.
İmtahanlarda beş ixtisas üzrə yeddi iddiaçı iştirak edib.
Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov (sədr), Təhsil şöbəsinin müdiri, dosent Müseyib Yunusov, İnstitutun elmi katibi, dosent Zərnurə Həmidova, şöbə müdiri, dosent Mirnuh İsmayılov və aparıcı elmi işçi, dosent Həsən Nəbiyevdən ibarət komissiya üzvləri iddiaçıların cavablarını müvəffəq qiymətləndiriblər.