Sentyabrın 27-ndə AMEA-nın dəyrmi zalında Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə konfrans keçırildi.
Konfransda AMEA prezidenti, akademik Akif Əlizadə “Qadınlar dövlətin, dövlətçiliyin, müstəqilliyin dayağıdır”, AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova “Qadın və inkişaf”, AMEA-nın müxbir üzvü, Botanika İnstitutunun şöbə müdirii İradə Hüseynova “Azərbaycanda elmin inkişafında qadınların rolu”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Müasir Azərbaycanda gender siyasəti” və AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli “Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında qadınların rolu“ mövzusunda məruzələrlə çıxış etdilər.