Bu il, sentyabrın 25-də yay məzuniyyətindən qayıtmış alimlərimiz Elmi Şuranın növbəti iclsına yığışdılar. İclasda aşağıdakı məsələlərə baxıldı:
1. 2013-сü ildə şöbələr tərəfindən aparılan çöl-tədqiqat işlərinin hesabatları.
2. İnstitut əməkdaşlarının elmi fəaliyyətlərinin maritorinqi haqqında.
3. Alimlərimizin Qazaxıstanın Almatı şəhərində “Təbii-antropogen dağıdıcı hadisələrin tədqiqi və qarşısının alınmasında coğrafiyanın rolu” mövzusunda XVII elmi sessiyada iştirakı barədə.
4. “Azərbaycan coğrafiyası” 3-cildlik monoqrafiyasınin çapa hazırlanmasının gedişi haqqında.
5. Respublika ekoloji tərbiyə və təhlükəsizlik Mərkəzinin direktoru Şükürovun Coğrafiya İnstitutunun dissertanturasına qəbul olunması haqqında.