Coğrafiya İnstitutunda doktorant və dissertantlar imtahan veriblər 2022-05-26 16:55:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  doktorant və dissertantlar  25-26 may tarixlərində fəlsəfə hazırlığı üzrə ixtisas və fərq imtahanları veriblər.

İmtahanlarda müxtəlif ixtisaslar üzrə 8 nəfər iştirak edib. İddiaçıların cavabları üç nəfər “əla”,  beş nəfər “yaxşı” olmaqla, professor-müəllim heyyətindən ibarət komissiya tərəfindən qiymətləndirilib.