AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev İTV kanalının “Səhər” proqramında qonaq olub.
Ümumdünya Günəş Günü münasibəti ilə bu günün təsisi və mahiyyəti haqqında geniş məlumat verən elmi işçi atmosferə atılan qazların azaldılması məqsədilə günəş enerjisindən istifadənin əhəmiyyətindən dxanışıb. O həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri vasitəsilə istehsal olunan elektrik enerjisinin miqdarı, günəş enerjisi potensiallı sahələr, qurulması planlaşdırılan stansiyalar və bu istiqamətdə ölkənin qoşulduğu beynəlxalq konvensiyalar barədə də məlumat verib.