Coğrafiya İnstitutunda doktorantların attestasiyası keçirilib 2022-05-05 21:45:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 5-6 may tarixlərində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.

Doktorantlar İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun əmri əsasında yaradılmış  attestasiya komissiyası qarşısında ötən il ərzində yerinə yetirdikləri işlər  haqqında hesabat veriblər. Doktorantların  fərdi iş planlarında nəzərdə tutulmuş fəaliyyətləri müzakirə edilərək qənaətbəxş hesab edilib və onların  növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.