Doktoranturaya təqdim edilən sənədlərin seçimi aparılıb 2022-05-05 21:18:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru  və fəlsəfə doktoru  hazırlığı üzrə 2022-ci ildə doktorantura və dissertanturaya qəbul üçün təqdim edilən sənədlərin seçimi  aparılıb. 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 11, dissertanturaya 4, elmlər doktoru üzrə dissertanturaya 3 iddiaçı sənəd təqdim edib. Verilən sənədlər komissiya üzvlərinin iştirakı ilə  yoxlanılaraq yekun  qərar qəbul edilib. Sənəd verən iddiaçıların siyahısının  AMEA-nın Təhsil şöbəsinə  təqdim edilməsi tövsiyə olunub.