AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Şakir Həmzəyev AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi seminarında “Qobustan qayaüstü petroqlifləri və Azərbaycan xalça işarələrinin açılmamış sirləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir. Onun sözlərinə görə, xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açıb.