Xəbər verdiyimiz kmi, sentyabrın 6-cında AR Fövqalədə Hallar Nazirliyi Bakı Regional mərkəzində «Bakı şəhərində yağış sularının idarə olunması problemləri: dünən, bu gün və sabah» mövzusunda elmi-praktik seminar keçirildi.
İnstitutumuzu seminarda təmsil edən «İqlim və aqroiqlimşünaslıq» şöbəsinin aparıcı elmi işçisi, c.e.n. M.S.Həsənov «Bakının atmosfer yağıntıları: dünən, bu gün, sabah» adlı məruzə ilə çıxış etdi. Məruzədə Bakıda atmosfer yağıntılarının orta çoxillik (1960-cı ilə qədər), norma (1961-1990) və son illərdəki (1991-2012) miqdarı müqayisə edilir, mühüm nəticələr çıxarılır. Məruzədən aydın olur ki, Bakıya 1 ildə gələn içməli suyun miqdarı ilə atmosfer yağıntılarının miqdarı təqribən bərabərdir. Bu atmosfer yağıntılarından səmərəli istifadə etmək haqqında təkliflər də verilir. Məruzə böyük diqqətlə dinlənilmiş və marağa səbəb olmuşdur.