Beynəlxalq forum 2013-05-25 13:21:00 / TƏDBİRLƏR

20-24 may 2013-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının dəyirmi zalında  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  “Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu” keçirildi. Forumda Avropanın 32 ölkəsindən 160, Azərbaycandan isə 190  gənc alim iştirak etdi.

Açılış mayın 21-də baş tutdu və mayın 23-də müvafiq sessiyalar üzrə “JW Marriott Absheron Baku” otelinin 4-cü mərtəbəsində davam etdirildi.

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Samirə Ələkbərova çıxış edərək şuranın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi. İnstitutunun gənc alimləri - Lətifə İsmayılova, Şahnaz Amanova, Gülnar Hacıyeva təqdim etdikləri elmi məqalələrlə “Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və deqrodasiyadan qorunması, təmiz su problemi” sessiyasında məruzə etdilər. Gənc Alimlər Şurasının digər üzvləri - Fuad Şalbuzov, Gülnarə Abdullayeva, Həlimə Əhmədzadə və Vüsalə Həsənova da konfrans iştirakçıları sarasında idilər.  

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021