AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın demoqrafiyası və əhali coğrafiyası şöbəsinin əməkdaşı və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bəyimxanım Hüseynova Niderland Krallığının Amsterdam şəhərində keçirilən Sosial və humanitar elmlər üzrə beynəlxalq elmi konfransda iştirak edib.
Gənc alim tədbirdə “Azərbaycanının şimali-şərq bölgəsində məskunlaşan azsaylı etnik qrupların cins-yaş tərkibinin formalaşmasında gənclərin miqrasiyasının rolu” adlı məqalə ilə çıxış edərək konfransın təşkilatçı-meneceri David Jacob və Beynəlxalq Tədqiqat İnstitutunun prezidenti Dr. Simpson Rodricks tərərindən təqdim edilən sertifikata layiq görülüb.