Zəminə Babayeva dissertasiya işini müdafiə edib 2022-03-03 18:02:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında  Zəminə Rəsul qızı Babayeva 5401.01 – “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında yeyinti sənayesinin inkişaf etdirilməsinin regional-coğrafi xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə Z.Babayovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.