6-ci siniflər üçün coğrafiya dərsliyi çapdan çıxıb 2021-01-09 22:04:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov,  şöbə müdiri, dosent Zaur İmrani və başqalarının həmmüəllifliyi ilə  ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb.

Dərslik 10 hissədən ibarət olub, coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024