Cİ alimi məsafədən zondlama mövzusunda beynəlxalq seminara qatılıb 2021-12-24 14:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Yerin məsafədən zondlaşdırılması problemləri” mövzusunda keçirilən ümumrusiya seminarının iştirakçısı olub.

Tədbirdə karbon tərkibli istixana qazlarının (CO2 - karbon dioksid və metan - CN4) konsentrasiyalarının peyklərdən ölçmə üsullarının inkişafına həsr olunmuş son 2 onillikdə görülən işlərin hesabatı  təqdim edilib. Həmçinin atmosferdə CO2 və CH4 tərkibinin monitorinqi üzrə yerli və xarici peyk sistemlərinin inkişaf proqramları, eləcə də peyk informasiya məhsullarının kalibrlənməsi və yoxlanılması üçün istifadə oluna bilən yerüstü müşahidə şəbəkələri haqqında məlumat verilib.