Cİ-nin kənd demoqrafiyasina aid yeni kitabı nəşr edilib 2021-12-22 11:11:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu ilə  “Azərbaycan respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri” adlı kitab nəşr edilib.

551 səhifə və 5 fəsildən ibarət  monoqrafiyada Azərbaycanda kənd əhalisinin məskunlaşmasının müasir vəziyyəti və demoqrafik inkişaf problemləri təhlil edilir. Kitabda son dövrlərdə baş verən demoqrafik proseslərin dinamikası, ona təsir edən amillər və əsas nəticələr öz əksini tapıb.

Kitabın “Kəndlərin demoqrafik inkişafinin əsas istiqamətləri” fəslində  əhalinin sayının dinamikası, milli tərkibi, yaş və cins tərkibi, orta ömür uzunluğu, doğum və ölüm göstəriciləri, məşğulluq quruluşu, gəlir mənbələri, miqrasiyası, nikahlar və boşanmalar, ev təsərrüfatları və s. kimi maraqlı məlumatlar əldə etmək mümkündür.

Kitab əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər), regional planlaşma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.