Saleh Rüstəmovun 110 illik yubileyi keçiriləcək 2021-12-15 16:30:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli ilk hidroloqu, əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Hacı oğlu Rüstəmovun 110 illik yubileyi keçiriləcək.

Tədbir 17 dekabr, saat 11.00-da Coğrafiya İnstitutunun akt zalında olacaq.

Ünvan: H.Cavid prospekti, 115, AMEA-nın əsas binası, 8-ci mərtəbə.