Cİ-nin kitabxanası kitabtoplama kampaniyasına qoşulub 2021-12-10 15:51:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kitabxanası  erməni işğalından azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub.

Kitabxana əməkdaşları -direktor Şövqiyyə Məmmədova və Məhsəti Cəfərova  13 adda minə yaxın kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə ediblər.