AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi Samirə Abuşova və Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi işçisi Elnur Səfərov 17 noyabr - Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Günü münasibəti ilə keçirilən beynəlxalq vebinarda iştiraklarına görə tədbirin təşkilatçısı olan Təbriz Universitetinin sertifikatına layiq görülüblər.
S.Abuşova tədbirdə “Coğrafi informasiya sistemlərində ekogeomorfoloji dəyərləndirmə”, E.Səfərov isə “Coğrafi informasiya sistemlərinin tətbiqi ilə səth sularının tədqiqi” mövzularında məruzə ilə çıxış ediblər.