Sabah NASA astronavtları açıq kosmosa çıxacaqlar 2021-12-01 22:57:00 / MÜHÜM HADİSƏLƏR

Amerikalı astronavtlar Tom Marşbern və Kayla Berron dekabrın 2-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaqlar.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Bundan əvvəl noyabrın 30-na planlaşdırılan astronavt missiyası “stansiyaya yaxınlaşan dağıntılar” xəbərləri səbəbindən ləğv edilib:

“NASA dağıntıların orbitinin Tom Marşbern və Kayla Berronun planlaşdırılan kosmos səyahəti üçün heç bir təhlükə yaratmadığını müəyyən edib. Stansiyadakı nasaz antenanı əvəz etmək üçün kosmosa çıxış dekabrın 2-i cümə axşamına planlaşdırılır”.

https://science.gov.az/az/news/open/18990

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024