NASA çox böyük asteroidin Yerin yaxınlığından keçəcəyi barədə xəbərdarlıq edib. Müşahidələrə görə, diametri 84 ilə 190 metr arasında olduğu düşünülən nəhəng asteroid dekabrın 27-də planetin ətrafından keçəcək.
“Independent Turkish”nin verdiyi xəbərə görə, ekspertlər asteroidin toqquşacağı təqdirdə atom bombasından çox daha böyük dağıntılara səbəb olacağını düşünürlər. Bununla belə, “2018 AH” asteroidinin 4,5 milyon kilometr uzaqdan keçəcəyi təxmin edilir. Ona görə də heç bir toqquşma gözlənilmir.
“2018 AH” hələ də Apollon asteroidləri siyahısındadır. Bu siyahıdakı asteroidlər Yerlə kəsişir və toqquşma təhlükəsi yaradır.
Sözügedən meteorit üç il əvvəl Yerdən 296 758 kilometr məsafədə görünmüşdü. O zaman alimlər asteroidin tutqunluğuna görə onun gəlişini görmürdülər.