Akademik Ramiz Mehdiyevə Rusiya Elmlər Akademiyasının xatirə medalı təqdim edilib 2021-11-26 22:48:00 / MÜHÜM HADİSƏLƏR

Ölkəmizdə üç günlük rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) nümayəndə heyətinin respublika elmi ictimaiyyəti ilə görüşündə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə Rusiya Elmlər Akademiyasının xatirə medalı təqdim edilib.

Medalı R.Mehdiyevə REA-nın prezidenti, akademik Aleksandr Sergeyev təqdim edib.

Tədbirdə akademik A.Sergeyev, həmçinin akademik R.Mehdiyev və AMEA Rəyasət Heyəti üzvlərini REA-nın 2024-cü ildə keçiriləcək 300 illik yubileyi ilə bağlı tədbirdə iştiraka dəvət edib.

https://science.gov.az/az/news/open/18935

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024