Coğrafiyaçı alim beynəlxalq sertifikata layiq görülüb 2021-10-27 17:05:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutnun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmraniyə  Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatı təqdim edilib.

Gənc alim bu sənədə Konqresin V yığıncağında etdiyi  “Azərbaycanın dağlıq ərazilərinin ekoturizm potensialı və istifadə yolları” adlı məruzəsinə görə layiq görülüb.

Qeyd edək ki, Z.İmraninin sözü gedən məqaləsi təşkilatın Türkiyədə nəşr edilən konfrans  materiallarında dərc ediləcək.