AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Həmkarlar İttifaqı Komitəsi təftiş komissiyasının üzvü Aida Aslanova iyunun 16-da "İşçilərin sağlamlığının qorunmasında və sosial hüquqlarının inkişafında həmkarlar ittifaqlarının rolu" mövzusunda seminarda iştirak etmişdir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbir HİK fəalları, mühasiblər, kadrlar şöbəsinin işçiləri üçün təşkil olunmuşdu. Seminar xəstəliklərin profilaktikası və tibbi xidmət, müalicə profilaktikası, qidalanma, əmək pensiyaları və hesablaşma qaydaları, sosial sığorta üzrə müavinətlər, xəstəlik vərəqələri üzrə, hamiləlik, doğuşa və ölümə görə müavinətlərin ödənilməsi qaydaları, əmək qabiliyyətsizliyi üzrə qanunvericilikdə dəyişikliklər, yeniliklər və əlavələr və s. mövzuları əhatə edirdi.