AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahan İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov sədr olmaqla 5 komissiya üzvü tərəfindən qəbul edilib.
5 ixtisas üzrə iştirak edən 7 iddiaçının hamısı imtahanı uğurla verib.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, dosent Ələddin Məlikov və doktorantura sektorunun müdiri Tubu Qasımzadə iştirak edib.