
AR ETN Coğrafiya İnstitutun Beynəlxalq əlaqələr şöbəsini müdiri Elnur Səfərov: Mənə elə gəlir ki, biz addım-addım müxtəlif proseslərdə, məsələn, Bakıda keçiriləcək WUF13 çərçivəsində və eləcə də ondan öncə təşkil olunacaq müxtəlif tədbirlər çərçivəsində bu təşəbbüsü gücləndirib, Xəzər dənizinin problemlərini dünyaya daha çox çatdırıb, beynəlxalq əməkdaşlıq və müxtəlif layihələr çərçivəsində ayrı-ayrı problemlərin həllinə doğru müsbət töhfə verə və nəticələrə nail ola biləcəyik. AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Cenevrədə təşkil olunan “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrdə məruzəçi kimi çıxış edən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri, okeanoloq, xəzərşünas Elnur Səfərov bildirib.