post-img

 Elm sə Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya institutunun əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında toponimika üzrə ekspedisiyada olublar.

 İnstitutun "Coğrafi fikir tarixi və toponimika” şöbəsinin böyük elmi işçisi Natiq Babayev bu barədə Xalq qazetinə verdiyi açıqlamada bildirib:

Azərbaycanın siyasi və iqtisadı coğrafiyası şöbəsinin böyük elmi işçisi Nicat Imamverdıyevlə reallaşdırdığımız ekspedisiyanın məqsədi adıçəkilən rayonlara aid olan coğrafi adların yayılma arealını müəyyənləşdırmək, onların müxtəlif mənbələrdə işlənilməsinin aşkarlanıb üzə çıxarılmasının nominatıv təsnıfatını vermək, yaranma yollarının xarakterlərinə görə mənimsənilmə potensialını qiymətləndirmək və yeni coğrafi adları müəyyən etmək olub.

Ən qədim insanların məskən saldığı bu yaşayış yerlərində xalqımıza məxsus toponimlərin öyrənilməsi mühüm tarixı, siyasi, elmi və praktiki əhəmiyyət kəsb edir.

Ekspedisiya zamanı Şərqi Zəngəzur iqtisadı rayonunda mövcud olan etno-toponimık coğrafi adlar sırasında Şamaxı rayonunun ərazısındə də bır sıra paralellərın olduğu müəyyən edilib. Bu da, güman kı, zaman-zaman Şərqi Zəngəzurdan olan soydaşlarımızın məruz qaldıqları köç və deportasiyalarla əlaqədardır. Bu səbəb-nəticə amilin də elmı şəkildə araşdırmağı qərara almışıq.

 XQ

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025