Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov İqtisadiyyat.az-a deyib ki, ilin bu dövrlərində adətən siklonlar - hava axınları əsasən şərqdən qərbə doğru hərəkət edir:
“Lakin son dövrlərdə Rusiya ərazisində Sibir antisiklonunun güllənməsi ilə əlaqədar bu hərəkətin istiqaməti dəyişib və hava axını şimaldan cənuba doğru hərəkət etməyə başlayıb. Bu da özü ilə birgə soyuq hava kütlələrini cənuba - o cümlədən, Qafqaz və Azərbaycan ərazisinə gətirib. Beləliklə, bu coğrafi hal ölkəmizin bəzi ərazilərində güclü küləyə, eyni zamanda temperaturun aşağı düşməsi və bəzi yerlərdə intensiv yağıntılara səbəb olub”.
S.Səfərov qeyd edib ki, istənilən bir mövsümdə hava şəraitinin dəyişməsi həmin əraziyə daxil olan hava kütlələrinin xarakteri ilə əlaqədardır: “Yəni qış vaxtı cənub hava kütlələri daxil olursa, o zaman havanın istiləşməsi müşahidə olunur. Yay ayında isə hər hansı bir anda şimal hava kütlələri əraziyə daxil olursa, bunlar özü ilə soyuq hava gətirir”.
İsmayıl Bakuvi